Kərim özünü öndə gedən müğənni hesab edir

Kərim özünü öndə gedən müğənni hesab edir

Azərbaycanlı müğənni Kərim Abbasov öndə gedən müğənnilərdən söz açıb. SİA-ya açıqlama verən ifaçı öndə gedənlər arasında özünü gördüyünü də dilə gətirib: "Allaha şükürlər olsun ki, görkəm və səs baxımından öndə gedən müğənnilərdən biri də mənəm və mən bununla da fəxr edirəm. Ancaq bəzi müğənnilərimiz var, onların səsi yoxdur. Vaxt gələcək bir gün onlar ayılacaqlar ki, şou-biznes sahəsinə yaramırlar".

Söhbət əsnasında Kərim bəstəkar Vaqif Gərayzadənin dəyərli fikirlərindən birini də məsəl çəkib: "Hörmətli bəstəkar və dəyərli prodüser Vaqif Gərayzadənin yaxşı bir kəlməsi var ki, ələyi ələdikdə cəmi 4-5 nəfər qalır".

Qalmaqallı müğənni musiqili yarışmalardan da söz açıb: "Artıq neçənci dəfədir ki, "Yeni ulduz" yarışması keçirilir. Həmin yarışmadan cəmi 7-8 nəfər gündəmdə qala bilib. Ümumiyyətlə, şou-biznes aləmində gündəmdə qalmaq ağır məsələdir. Çünki zərbələrə dözmək, tanınmış sima olmaq və ən əsası sevilmək çox çətindir".

Bütün xəbərlər Facebook səhifəmizdə