Elza Seyidcahanın konsertində kim ayaq üstə qaldı?- FOTOSESSİYA

Elza Seyidcahanın konsertində kim ayaq üstə qaldı?- FOTOSESSİYA

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın çoxdan bəri vəd etdiyi \"Dəmir\" layihəsi baş tutdu. SİA-nın məlumatına görə, qeyri-adi konsertdə bir çox maraqlı anlar yaşandı. Söz verdiyi kimi əynində dəmir libasla səhnəyə çıxan ekstrovaqant müğənni heç bir kompleks keçirmədi.


Konsert başlayan kimi zalda əyləşən tamaşaçılar narazılıqlarını bildirdilər. Buna səbəb isə mərasimdə iştirak edən operatorların səhnəyə sözün əsl mənasında hücüm etməsi oldu. Bir çox operatorlar kameralarını əllərinı alıb, Elzanı çəkmək üçün səhnəyə çıxdıqları zamanı müğənnin qarşısını kəsirdilər. Zalda əyləşən tamaşaçılar Seyidcahanı deyil kameramanları izləyirdilər. Nəzarətçilər də bunu görüb operatorlarlara xəbərdarlıq etmək üçün səhnəyə çıxdılar. Nəticədə isə elə səhnədə kiçik mübayisə yaşandı. Konsertin sonuna qədər davam edən problem tamaşaçıları narahat etdi.


Ancaq narahatçılıq tək səhnədə deyil, zalda, tamaşaçıların arasında da yaşandı. Belə ki, konserti izləmək üçün dəvət olunan sənətçilər birinci sırada əyləşmişdi. Ancaq konsertə gecikən müğənni Elnur Məmmədov ayaq üstə qaldı. Sonda lap kənarda yer tapıb əyləşən ifaçı konserti yarımçıq tərk etdi.


Onu da vurğulayaq ki, konsertdə müğənni repertuarından ən məşhur mahnıları səsləndirdi. Elza dahi Nizami Gəncəvi ilə Fizulinin əsərlərinə də müraciət etdi.


"Dəmir" adlı konsertdə səhnəyə həmçinin bir çox məşhurlar da çıxdı. Ən böyük alqış isə "Yenə o bağ olaydı" şeyirini səsləndirən Əminə Yusifqızı üçün gəldi.


Müğənninin səhnədə qarşılaşdığı sürpriz isə tamaşaçılardan birinin ona bahalı hədiyyə göndərməsi oldu. Belə ki, müğənni qızıldan öz imzasını və üzük hədiyyə aldı. Hədiyyələrin qızıldan olduğunu görən müğənni təəccübünü gizlədə bilmədi.


Foto müəllifə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə