İstedadlı qrupun daim işləyən üzvü - FOTOSESSİYA

İstedadlı qrupun daim işləyən üzvü - FOTOSESSİYA

Azərbaycanın tanınmış qrupu "Qala" qrupunun üzvlərindəki oğlanlar istedadlıdırlar. Qrupda ən fəal işləyən isə Ceyhun Əliyevdir. İfaçılıqla yanaşı bəstəkarlıq edən gənc daim axtarışdadır.

Həmkarları arasında da sevilən Ceyhun əməkdar artist Ədalət Şükürovu özünə böyük qardaş gördüyünü hər zaman etiraf edib. Onu da söyləyək ki, həmkarı Günay İbrahimli ilə oxuduğu duetlər də hitə çevrilib.

Sözügedən bəy şəxsi həyatında isə səmimi və gülərüzdür. Qızların sevgisini qazana bilən Ceyhunun ancaq nədənsə sevdiyi xanım yoxdur. Geyimlərinə xüsusi diqqət ayıran C.Əliyev səliqəli geyinməyi çox sevir.

Müğənninin iş və şəxsi həyatı ilə bağlı bir neçə şəkilləri əlimizə keçdi. Sözügedən görüntüləri sia.az oxuyucularına təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə