Bu ayın 23-də ölkənin əsas səhnəsi olan Heydər Əliyev Sarayında məşhur ifaçılar olan Növrəsli qardaşlarının konserti keçiriləcək. SİA-nın məlumatına görə, "Növrəsli 4" adlı konsertdə Şahin, Tərlan, Arslan və Nurlan Növrəsli qardaşları birgə çıxış edəcək.
"Eurovision"
ərəfəsində keçiriləcək konsertin məqsədi müsabiqə ərəfəsində Bakı sakinlərinə
və şəhərimizin çoxsaylı qonaqlarına müasir Azərbaycan mədəniyyətinin
gözəlliklərini nümayiş etdirməkdir.
Konsert proqramında xalq artisti Teymur Göyçəyevin rəhbərliyi ilə Azərbaycan Kamera Orkestrinin, Pantomima Teatrı aktyorlarının və digərlərinin çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, konsert proqramı Mədəniyyət və Turizm Nazirliyi və "BUTA"
İncəsənət Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB