Xalq artisti həmkarlarına nə arzuladı?

Xalq artisti həmkarlarına nə arzuladı?

Xəbər verdiyimiz kimi, səhnə fəaliyyəti ilə bağlı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatı verilib. Mükafat alan şəxslər arasında xalq artisti, səhnəmizin leylisi Aygün Bayramovanın da adı var.

Xalq artistinin aldığı mükafatla bağlı təəssüratlarını öyrənmək üçün telefon açdıq. SİA-ya açıqlama verən Aygün xanım bunları dedi: "Sözügedən mükafatın verilməsi incəsənət xadimlərinə qayğı və diqqət deməkdir. Buna görə də ölkə başçımıza öz təşəkkürlərimi bildirirəm".

Qeyd edək ki, xanəndə hətta əsl sənətlə məşğul olan həmkarlarına da Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmələrini arzuladı.

Biz də öz növbəmizdə Aygün Bayramovanı təbrik edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə