Hər həftə ATV telekanalında yayımlanan \"Canlı səs\" verilişinnin bu dəfəki iştirakçıları diqqətimizi daha çox cəlb etdi. Təkcə verilişin iştirakçıları kimi yox, həm də səhnəmizin iki \"Koroğlu\"su kimi.
Söhbət xalq artist Samir Cəfərov və Ülvi Qılıncdan gedir. Yəqin sizlərin də diqqətindən qaçmayıb ki, son dövlər şou-biznes aləmində hər iki sənətçinin adı səhnəmizin orijınal səsi Xumar Qədimovanın səhnə fəaliyyəti ilə bağlıdır. Belə ki, səhnəmizin hər iki \"Koroğlu\"sunun \"Nigar\"ı olan Xumar xanımla işbirlikləri onlara böyük məşhurluq gətirib.
Ülvi Qılınc bənzərsiz səs tembrinə sahib olan gənclərdən olsa da, məşhurlaşa bilmirdi. Ancaq o, məhz Qədimova ilə uğurlu duetindən sonra tanındı.
O ki qaldı yenicə xalq artisti fəxri adına sahib olan Samir Cəfərova, o da Opera sənətində sözünü deyən sənətçilərimizdən olsa da, özünün də dediyi kimi kütləvi şəkildə populyar deyil. Ancaq Samir Xumar Qədimovanın son layihəsində iştirak etdikdən sonra tamaşaçıların rəğbətini qazandı. Bunu da birbaşa Xumarın adı ilə əlaqələndirmək olar. Çünki məhz xanım sənətçinin \"Sevgi harayı\"ndan sonra Samir sanki tamaşaçılar üçün yenidən kəşf olundu. Yəqin Samir də fikrimizlə tam razılaşır ki, Azərbaycanda və elə dünya səhnəsində opera ifaçıları bir o qədər də tanınmır. Opera sənəti akademik sənət sayıldığından cəmiyyətin yalnız çox az bir hissəsi onlarla maraqlanır. Bu baxımdan Samir xalq artist olsa da Azərbaycanda onu tanıyanların sayının az olduğunu desək, yanılmarıq.
İndi isə qayıdaq məqalənin əvvəlində qeyd olunan \"Canlı səs\"ə. Bu dəfə səs döyüşündə opera ifaçıları ilə jurnalistlərin sual-cavabında da əsasən Xumar xanım xatırlandı. Samir də, Ülvi də etiraf etdi ki, Xumar Qədimova ilə işbirliyi onlara məşhurluq gətirməklə yanaşı, tamaşaçı sevgisi də qazandırdı.
Verilişi izlərkən isə Xumar xanımı qısqananlar da çoxalacaq. Çünki hər \"Koroğlu\" ecazkar səsli \"Nigarı\" sevdiyini, onun səsinə, sənətinə daha çox hörmət etdiyini çatdırmağa çalışırdılar. Yəqin bu da təsadüfi deyil ki, Samir Cəfərovla, Ülvi Qılınc Xumar Qədimova ilə işbirliyindən sonra yarışdılar. Bu yarış da \"Nigar\" uğrunda döyüşən \"Koroğlu\"ların mübarizəsini xatırlatdı.
Bizim üçün isə ən maraqlısı Xumar Qədimovanın bu \"Koroğlu\"lardan hansına üstünlük verməsidir? Bu suala yaxın zamanda cavab tapmağa çalışacağıq.
Xüsusi ilə SİA üçün Tahirə Məmmədqızı və Türkan Məmmədli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB