Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva dünya şöhrətli aktrisa olub. Düzdür, hələlik bu hadisə filmdə baş verib. SİA-nın məlumatına görə, sənətçi yaradıcılığında yeniliyə imza atıb. Bu günə qədər yalnız mahnıları ilə efirlərdə olan müğənnini tamaşaçılar yaxın vaxtlarda həm də aktrisa kimi görəcəklər.
Bir çox film rejissorunun təkliflərini rədd edən sənətçi nəhayət ki, sözügedən layihə ilə razılaşmalı olub. Nazpəri xanım filmdə ilk dəfə rol oynamasına baxmayaraq baş qəhrəman olub.
Xalq artisini filmdə görmək istəyənlər bir qədər gözləməli olacaqlar. Nazpəri xanım işlərinə fasilə verib kiçik oğlu Əkbəri evləndirəcək. Daha sonra o, yaradacılıq işlərinə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB