“Mən də Röya, Aygün Kazımova və Rəqsanə kimi soyunmağa hazıram”-FOTOSESSİYA
Yerli şou-biznesdə yeni müğənni peyda olub. SİA-nın məlumatına görə, Zeynəb Süleymanova adlı gənc xanım müğənni olmaq üçün cəsarətli addımlar atmağa hazırdır. Zeynəb bu yaxınlarda \"youtube\" saytında "Öyrətmə mənə" adlı mahnısını yayımlayıb. Sözləri və musiqisi Fuad İbrahimova məxsus mahnını Ruslan Səfərov aranjeman edib.
Zeynəbin sözlərinə görə, ifasını dinləyən hər kəs onun səsini müğənni Rəqsanənin səsinə bənzədir.
Gənc xanım açıqlaması zamanı onu da vurğulayıb ki, məşhurluq və şöhrət qazanmaq üçün bütün qurbanlara hazırdır. Hətta açıq-saçıq fotosessesiyalar belə etməyə razılıq verər: "Neçə ki, bunu zamanında Röya, Aygün Kazımova və Rəqsanə etdilər",-deyə müğənni dilə gətirib.
Onu da vurğulayaq ki, Zeynəb Bülbül adına orta ixtisas məktəbində xanəndəlik sinifini bitirib. O həmçinin Teymur Əmrahın tələbəsi olub. Zeynəb bir zamanlar prodüser Namiq Qafarovun "Cahan" qrupunda da çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB