“Şöhrət ordeni” alan xalq artistini ilk olaraq kim təbrik etdi?

Ötən gün ölkə başçısı İlham Əliyev tərəfindən bəzi mədəniyyət xadimlərinə fəxri adlar verilib. Xalq artisti, xanəndə Nəzakət Teymurova da \"Şöhrət ordeni\" ilə təltif olunub.

SİA-ya açıqlama verən xanəndə sevincini bizimlə bölüşərək bunları deyib: "Öncə sənətimə və yaradıcılığıma qayğı göstərən insanlara təşəkkür edirəm. Hər il layiqli incəsənət xadimlərini mükafatlandırırlar. Bundan sonra sənətimi daha da inkişaf etdirəcəyəm. "Şöhrət ordeni" mükafatına görə cənab İlham Əliyeva öz təşəkkürlərimi bildirirəm".

Qeyd edək ki, Nəzakət Teymurovanı "Şöhrət ordeni" alması münasibəti ilə ilk olaraq həmkarı onunla eyni gündə mükafat alan xalq artisti Aygün Bayramova təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə