Gülyaz Məmmədova mükafat aldığından xəbərsiz olub

Xəbər verdiyimiz kimi səhnə fəaliyyəti ilə bağlı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentininin mükafatı verilib. Mükafat alan şəxslər arasında məşhur ifaçı bacılar Gülyaz və Gülyanaq Məmmədovalar da var.

Bacıların aldığı mükafatla bağlı təssuratlarını öyrənmək üçün Gülyaz xanıma telefon açdıq. Məlum oldu ki, müğənni aldığı mükafatdan belə məlumatsız idi. Sevindirici xəbəri Gülyaz xanıma çatdırdıq, o isə fikirlərini SİA ilə bölüşdü.

"Bayram-bayrama qarışdığından konsertlərə çox gedirəm. Ona görə də nə bacımın və nə dəözümün mükafat almağımızdan xəbərim yox idi. Ölkə başçımıza bacımın və öz adımdan minnətdarlığımı bildirirəm ki, bizi qiymətləndirir və yaddan çıxartmır. Bundan gözəl xəbər ola bilməz. Onu da söyləyim ki, keçən il də mənə və bacıma mükafat verilib".

Bütün xəbərlər Facebook səhifəmizdə