Gül bayramında klip çəkdirən müğənni

Gül bayramında klip çəkdirən müğənni

Bu gün 10 may-Gül bayramında belə tanınmış müğənni Günay İbrahimli iş başındadır və yeni klip çəkdirməklə məşğuldur. Günayın prodüseri Təranə Səmədovanın SİA-ya verdiyi məlumata görə, müğənni söz və musiqisi Ceyhun Əliyevə məxsus "Mən sənə inanırdım" adlı mahnıya klip çəkdirir.

Bu saatlarda aparılan klip çəkilişləri paytaxtda qapalı məkanlarda keçirilir.

Təranənin sözlərinə görə, klipin rejissoru da maraqlı bir simadır. Belə ki, Günayın mahnısına ekran həyatı verən ATV telekanalının aparıcılarından olan Mirsalam Mirsalamov oldu.

Klip yaxın günlərdə efirə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə