Azərbaycanlı müğənni Mətanət Əsədova şou-biznesdə özünə rəqib görmədiyi deyib. SİA-ya açıqlama verən xanım ifaçı Azərbaycanda onunla yarışa biləcək müğənninin olmadığını dilə gətirib: "Mənimlə heç kim yarışa bilməz. Özümə heç kimi rəqib görmürəm Çünki bu sözü mən yox xalq deyir. Əgər kimsə mənimlə yarışmaq istəyirsə, buyursun gəlsin".
Mətanət xanım konsert verib zalı doldura bilməyən həmkarlarından da söz açıb: "Əgər nə vaxtsa Heydər Əliyev sarayında konsert versəm ola bilsin ki, zal boş qalsın. Çünki bəxtə-bəxtdir. Sənətdən xəbəri olmayan müğənnilər ki, bütün zalı doldurur. Heç kimə də söz atmaq fikrim də yoxdur. Həmkarlarım bilir ki, kiməsə sözüm olanda üzünə deyirəm. Göz qabağında olan məsələlərdən danışıram",-deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB