Fatimə Azərbaycan əsgərlərini diqqətsiz qoymadı-FOTOSESSİYA

Tanınmış rəqqasə Fatimə Fətəliyeva Azərbaycan əsgərləri qarşısında çıxış edib. SİA-nın məlumatına görə, o, Bakıdakı N saylı hərbi hissələrdən birində maraqlı konsert layihəsi ilə əsgərlərimizi sevindirib. Konsert zamanı əsgərlərlə görüş keçirib söhbətləşən rəqqasə onlardan məmnun qalıb. Əsgərlərimiz də Fatiməyə təşəkkürlərini bildiriblər. Bu cür görüşləri mənəvi dəstək kimi qəbul edən əsgərlər rəqqasənin növbəti gəlişini gözləyəcəklərini deyiblər. Fatimə də bu görüşlərin mütəmadi olacağına söz verib.

Fatimə rəqs edən zaman əsgərlərimiz də onu tək qoymayıblar. Onlar da Azərbaycan rəqslərini Göyçək Fatimə ilə birgə oynayıblar. Sonda sevilən rəqqasə əsgərlələ şəkillər çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə