Azəri Günel onu parodiya edən şəxslə görüşdü - FOTOSESSİYA

Türkiyədə fəaliyyət göstərən və ara-sıra paytaxtımızda qonaq olan tanınmış müğənni Günel Zeynalova fanatları ilə görüş keçirib. SİA-nın məlumatına görə, sadiq pərəstişkarlarını bir araya toplayan müğənni sürprizlərlə də qarşılaşıb.


Güneli görmək üçün Azərbaycanın bir çox rayonlarından gələn fanatlar var idi. Müğənni ilə görüşü çoxdandır arzulayan pərəstişkarlar onu az qala gül yağışına tutdular.


Müğənni üçün ən böyük sürpriz fanatının onun səsini parodiya etməsi oldu. Gənc xanım eynilə Günel kimi boğazlar edirdi. Elə Günelin də mahnısını ifa edən pərəstişkar müğənnini xeyli təəccübləndirmiş oldu. Günel də öz növbəsində ona dəstək olacağını dedi.


"Çox istedadlı xanımdır. Mən bacardığım qədər ona dəstək olacağam. Təbii ki, mən İbrahim Tatlısəs deyiləm, amma əlimdən gələn heç nəyi əsirgəməyəcəyəm. Ancaq çox istərdim ki, o məni təqlid etməklə deyil, öz fərqliliyi ilə davam etsin",-deyə Günel agentliyimizə özəl olaraq bildirib.


İfaçı xanım fanat görüşünə həmişə kimi qardaşı Turan və bacısı Müşərrəflə qatılıb. Günel media əhlini də unutmadı. O, tanıdığı bir neçə jurnalisti də dəvət edib, yenilikləri barədə məlumat verib.


Sonda Günel fanatlar tərəfindən hazırlanan tortu kəsərək şəkillərini imzalayıb.


Qeyd edək ki, fanatlarla görüşü təşkil edən Günelin illərdir pərəstişkarı olan və müğənni ilə artıq bacı-qardaş münasibəti quran Rövşən İlknuri olub.


Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə