Məşhur müğənni Xəyyam Nisanov rep qrupu "Dəyirman"la birgə klip çəkdirir. Müğənninin SİA-ya verdiyi məlumata görə, o, qastrol səfərindən dərhal sonra hip-hop stilli mahnını lentə alacaq. "Çəkiləcəyimiz klipinin mahnısı bir növ "İstidir" adlı mahnımın davamı olacaq. Əminəm ki, bu ifa yayın hitinə çevriləcək. Tamaşaçılarım bir azca səbirli olsunlar, onlara keyfiyyətli bir iş təqdim edəcəyəm".
Onu da vurğulayaq ki, müğənninin gələcək planlarına Rusiya estradasının ulduzlarının biri ilə duet ifa etmək də daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB