Natəvan Həbibi ilə Elçin Cəfərovu nə birləşdirir?

Azərbaycanın məşhur müğənnisi, "Şipşirin" ləqəbi ilə tanınan Elçin Cəfərov yeni layihələrindən söz açıb. SİA-ya açıqlama verən müğənni son zamanlar hitə çevrilən "Səndən əl çəkirəm"-ə klip çəkdirdiyini deyib: "Klip qısa süjet xəttinə malik olsa da çox maraqlı alınıb. Daha bir yeniliyim isə həmkarım Natəvan Həbibi ilə olacaq. "Yay" mahnısına duet oxuyacağıq. Düşünürəm ki, yaxşı alınacaq".

Elçin gündəmdə qalmağın sirlərini də bölüşdü: "Müğənni klip çəkdirməklə, konsert verməklə, albom çıxartmaqla gündəmdə qala bilər. Bir sözlə yaradıcılıqla məşğul olmalıdır. Şərt deyil ki, hər gün efirdə olsun. Əsas odur ki, yaxşı işlər göstərə bilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə