Azərbaycanın tanınmış aşıq ifaçısı Əli şou-biznesin ən aktual məsələsi olan qalmaqallardan danışıb. İfaçı həmkarlarını düzgün yola gəlməyə səsləyib. SİA-ya açıqlama verən Əli bunları deyib: "Şou-biznesdə qalmaqal edib gündəmdə qalmaq istəyənlərin sayı günü-gündən artmaqdadır. Efir vasitəsilə bir-birilərini döyüb, söyürlər. Ancaq adlarını çəkə bilmərəm. Çünki kiminsə qanında qalmaq istəmirəm. Bizim ocaq qan götürmür. (gülür) Mənim fikrimcə, belə hərəkətlər etmək lazım deyil. Ancaq bəzi ulduzlarımız var ki, gündəmdə qala bilirlər. Sənət dostlarıma məsləhət görərdim ki, sənətlə məşğul olsunlar. Tamaşaçıların yaddaşında yaxşı ifaçı kimi qalsınlar".
Aşıq Əli işlərindəki yenilikləri haqda da danışmağı unutmayıb: "Komandamla birgə yeni aşıq mahnısı üzərində işləmişik. Sadəcə aranjeman etmək qalıb. İnşallah, yeni işimi yaxın zamanda tamaşaçıların ixtiyarına verərik",-deyə fikirlərini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB