Məşhurlar o müğənni haqda nə düşünür?-SORĞU

Məşhurlar o müğənni haqda nə düşünür?-SORĞU

Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış müğənnisi Elçin Hüseynov "İki ürək" adlı albomunu və eyniadlı klipini təqdim etmək üçün möhtəşəm bir gecə düzənlədi. Mərasimdə media əhli ilə yanaşı müğənninin sənət dostları da var idi. SİA olaraq tədbirdə iştirak edənlərdən səbəbkar haqda fikirlərini öyrəndik. Məşhurlar Elçini özlərinə məxsus şəkildə təbrik etdilər.


"Qala" qrupunun solisti Ceyhun: "Elçini diskinin və klipinin işıq üzü görməsi münasibəti ilə təbrik edirəm".

Aşıq Əli: "Yaxın qardaşım və sənət dostum, şəxsiyyətinə böyük hörmət etdiyim Elçini təbrik edirəm. Yeni işləri-xeyirli uğurlu olsun. O gün olsun ki, bütün dünyanı dolaşsın. "İki ürək" adlı kipi və diski ona böyük uğur gətirsin".

Emil Bədəlov: "Elçin qardaşımı ürəkdən təbrik edirəm. Sözügedən şəxs həqiqətən də yaxşı dostdur. Eyni zamanda da ailəcanlı insandır. Xətrini dünyalar qədər istəyirəm. Böyük ürəyi var".

Elçin Cəfərov: "Albomu və diski münasibəti ilə Elçini təbrik edirəm. Onun uğurlarına sevinirəm. "İki ürək" mahnısına klip çəkdirməklə böyük iş gördü. Bu mahnı həm ona və bizə də uğur gətirsin".

Səidə Sultan: "Elçinin bütün yaxşı işlərinə sevinirəm. Bundan da yaxşı işləri olsun. Elçin şəxsi həyatında yaxşı atadır. 2 gözəl balası var. Allah onların da bəxtini versin. O, çox yaxşı oğlandır".

Mətanət Əsədova: "Sənətində uğurlar, böyük-böyük müvəffəqiyyətlər əldə etsin. Zirvələrdə olsun. Mən hər zaman onun yanındayam. Elçini doğmam kimi çox istəyirəm. Ona həddindən artıq böyük hörmətim var. Kliplərinin sayı artsın, hər zaman da gündəmdə olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə