Mina tamaşaçıları aldatdı-FOTOSESSİYA

Müğənni Mina solo konsert proqramı ilə çıxış edib. "Mayovka" adlı konsert 1 May Beynəlxalq Zəhmətkeşlər gününə həsr olunub. SİA-nın məlumatına görə, maraqlı məqamların yaşandığı gecədə ifaçı ilk dəqiqələrdən etibarən təəccübləndirməyi bacarıb. Səhnəyə gəlişi isə hər kəsin marağına səbəb olub. Tamaşaçıların arasından çıxan motosikletdəki qızın Mina olduğunu düşünənlər aldandıqlarını bir neçə dəqiqədən sonra anlayıblar. Belə ki, əslində motosikletdə əyləşən müğənni yox, rəqqasələrdən biri imiş. Sənətçi heç kimin gözləmədiyi anda səhnədə görünərək diqqəti öz üzərinə cəlb etməyi bacarıb.


Anşlaqla keçən konsertdə gənclərin coşqusu xüsusi ilə seçilirdi. Əllərində poster sevdiyi müğənnini dəstəkləyən tamaşaçılar "Qar qız", "Varlı", "Hər şey istəyirəm", "Dur oppan" və digər mahnıları onunla birgə ifa ediblər.


Müğənni konsert ərzində iki geyimdə görünüb. Zəhmətkeş ab-havasını yaratmağa çalışan ifaçının dekolte geyimi isə xüsusi ilə diqqəti cəlb edirdi.


Onu da qeyd edək ki, fərqli görünən sənətçinin imici üzərində stilist Samir Əliyev çalışıb.


Bütün xəbərlər Facebook səhifəmizdə