Klipini təqdim edən müğənni şou-əhlini başına topladı - FOTOSESSİYA

Klipini təqdim edən müğənni şou-əhlini başına topladı - FOTOSESSİYA

Dünən Azərbaycanın məşhur müğənnisi Elçin Hüseynov media əhlini başına toplayaraq yeniliklərini təqdim edib. SİA-nın məlumatına görə, "İki ürək" adlı klipini və eyniadlı diskini jurnalistlərin ixiyarına buraxan Elçinin yanında aparıcı Azər Şirin və rejissor Nail Naiboğlu əyləşmişdi.


Musiqisi Tərlan Məmmədhüseynovla Elçin Cəfərova, sözləri Azər Şirinə məxsus "İki ürək" mahnısının rejissor Nail Naiboğlu idi. Eyni adlı diskə isə 12 mahnı daxildir. İki hissədən ibarət albomda Elçinin model xanımla fərqli fotosessiyası da yer alıb.


Təqdimat mərasimi klipin nümayişi ilə başlayıb. "İki ürək" klipindəki erotik səhnələr müzakirəyə, hətta səs-küyə səbəb olub. Rejissor Nail açıqlamasında qeyd edib ki, bu cür səhnələrin səs-küyə səbəb olacağını nəzərə alaraq klip təzədən çəkilib. Bu isə Elçinin öz istəyi ilə olub.


"Bu layihə bütünlüklə tanınmış radio aparıcısı Kazım Bağırovun ideyası əsasında ərsəyə gəlib. "İki ürək" klipində rol alan iştirakçılara da öz təşəkkürlərimi bildirirəm və inanıram ki, yeni klipim uğurlu olacaq", - deyə səbəbkar açıqlama verib.


Mərasim mətbuat konfransından sonra şou-biznes əhlinin əylənməsi ilə davam edib. Elçini təbrik etmək üçün bir çox məşhurlar toplaşıb. Hər biri öz çıxışı ilə səbəbkarı təbrik edib, ifalarını səsləndiriblər.


Mərasimdə baş verən ən maraqlı anları isə təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiniz.


Foto müəllifə məxsusdur


Bütün xəbərlər Facebook səhifəmizdə