“Onun yarısı”na etiraz edənlərə Zaur Baxşəliyevdən cavab-FOTOSESSİYA
Son zamanlar evlilik verilişləri xüsusilə \"Onun yarısı\" verilişi haqqında mətbuatda və sosial şəbəkələrdə çoxlu sayda haqlı, haqsız iradlar səsləndirilir. Bu məsələdən xəbər tutan verilişin rəhbəri və aparıcısı Zaur Baxşəliyev SİA-ya açıqlama verib. Zaurun sözlərinə görə, "Onun yarısı" evlilik proqramı efirdə yayımlandığı gündən bu günə qədər qarşısında bir məqsəd qoyur - nitqi qüsurlu, fiziki qüsurlu, kimsəsiz, internat məktəblərində böyüyən, qocalar evində yaşayan maddi və mənəvi təminatı olmayan tənha yaşayan insanlara dəstək olmaq, maddi təminatına köməklik göstərmək, mənəvi sarsıntılarını azaltmaq: "Bunun bariz nümunəsi olaraq "Onun yarısı" proqramında bu günə qədər, yəni iki il ərzində onlarla nitqi qüsurlu cütlük ailə qurub. Bir daha vurğulayıram, nitqi qüsurlu cütlüklər. Bunu təsdiqləyən proqramlarımız, toy görüntülərimiz, video çarxlarımız var.
"Onun yarısı" proqramı yayıma başladığı ilk həftədə Bilgəhdə yerləşən 11 saylı internat məktəbində böyüyən kimsəsiz Elnurənin toyunu etdi. Atasız-anasız böyüyən bir qız "Onun yarısı" proqramında atalı-analı normal bir ailəyə gəlin köçdü və bu gün özü də anadır. "Onun yarısı" Elnurə kimi bir çox kimsəsiz, evlənmək yaşına çatmış qız və oğlanlarımızın normal cəmiyyətə adaptasiyasını, sağlam ailə dəyərlərinə sahib olmasını təmin etdi.
Son olaraq isə hər iki valideynini itirmiş kimsəsiz Elnur və ailəsi çox böyük maddi ehtiyac içərisində yaşayan Nərminə cütlüyünü misal gətirmək olar. Məhz "Onun yarısı"nda onlar ailə üçün lazım olan bütün maddi ehtiyaclarını təmin etdilər. Və bu gün çox xoşbəxtdirlər. Bir neçə gündən sonra studiyamızda daha bir kimsəsiz qız – Natəvan atalı-analı normal bir ailəyə gəlin köçəcək. Birinci qrup əlil olan Fəxrəddin isə özü kimi birinci qrup əlil Zeynəblə nikaha daxil olacaq. Bu siyahını deməkdə məqsədimiz Azərbaycan ictimaiyyətinə və bizi izləyə bilməyən, lakin haqqımızda dedi-qodulara istinadən yanlış düşünən insanlara məsələni aydınlatmaqdır.
Bizim verilişin məqsəd və məramını anlamaq üçün evlənmək məqsədi ilə studiyamıza pənah gətirən onlarla nitqi qüsurlu, fiziki qüsurlu, kimsəsiz insanları görmək kifayətdir. Dəfələrlə efir vasitəsi ilə tamaşaçılarımıza müraciət etmişik və sizin sayt vasitəsilə də oxucularınıza müraciət səslənirik ki, "Onun yarısı" proqramı daha çox kimsəsiz, yaşlı, tənha, maddi imkanı olmayan, nitq və fiziki qüsurlu insanlar üçün nəzərdə tutulub".
Zaur Baxşalıyevin sözlərinə görə, son iki il ərzində "Onun yarısı" verilişində cəmiyyət tərəfindən birmənalı qarşılanmayan hadisələr də baş verib. Verilişin kollektivi isə bu cür neqativ halları aradan qaldırmaq üçün hər zaman çalışıb.
Onu da əlavə edək ki, dünən Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən və 12 nəfərin həyatına son qoyan qanlı terror olayının 3 ili tamam oldu. Zaurla Günayın həmin günü efirə çıxıb toy verilişi aparması isə facebookda aktiv olan bir qrup gəncin etirazına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB