Daim yaradıcılıq yenilikləri ilə gündəmdə olmağa çalışan populyar estrada müğənnisi Ayan Bababkişiyeva yenə də ənənəsinə sadiq qalıb. Son aylar repertuarındakı mahnıları davamlı olaraq ekranlaşdıran müğənni daha bir uğurlu klip layihəsinin çəkilişlərini yekunlaşdırıb. SİA-ya açıqlama verən müğənni yeniliyi haqda bu sözləri deyib: "Əslində klip çəkdirmək kimi istəyim yox idi. Sadəcə stilistim Romanın verdiyi ideya o qədər xoşuma gəldi ki, onu gerçəkləşdirmək qərarına gəldim. Roma təklif etdi ki, Azərbaycanda daxil olmaqla ümimilikdə 7 millətin xanım obrazlarını canlandırım. Əl qabiliyyətinə yaxşı bələd olduğum üçün təklifinə müsbət cavab verdim. Yəqin oxucularınıza da maraqlı olacaq hansı xalqların qadın obrazlarında görünəcəyəm. Çəkilişlər sona çatdığı üçün sürprizi açıqlayıram. Çinli, yunan, misirli, afrikalı, hindistanlı, qədim avropalı və dediyim ki, doğma vətənimin gözəl xanımlarının obrazlarını yaratmışam. Ümidvaram ki, çəkdiyimiz zəhmət tamaşaçılar tərəfindən layiqincə qiymətləndiriləcək".
Məlumat üçün bildirək ki, klipin rejissoru Anar Hüseynov, operatoru Rza Əsgərovdur. "Make up" (makiyaj) bütünlüklə Roma tərəfindən edilib. Klip çəkilişləri zamanı fotoqraf Çingiz Seyfullayevin zəhməti də az olmayıb. Ekran işi hazırda montaj prosesindədir.
Foto: "Yarasa"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB