Öz intellektual səviyyəsinə görə bir çox müğənnidən üstün olan xalq artisti Faiq Ağayev xeyirxah təşəbbüs göstərərək bu günə kimi oxuduğu 600-ə qədər kitabın bir hissəsini hədiyyə etmək qərarına gəlib. SİA-nın məlumatına görə, bununla əlaqədar xalq artisti "Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi" Qeyri Hökümət Təşkilatına müraciət edərək bu işi birgə reallaşdırmağı təklifi edib. Bu xeyirxah işə dəstək verən adıçəkilən təşkilat xalq artistinin istəyini ədliyyə nazirinin müavini və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəisi Mədət Quliyevə çatdırıb.
M.Quliyev də xalq
artistinin bu addımını yüksək qiymətləndirərək öz razılığını bildirib. Bu gün kitabları Penitensiar xidmətinə
təhvil verən \"Qızıl Şlyager\"lə oradaca görüşüb fikirlərini öyrəndik: "Təşkilatın
icraçı direktoru Elçin Salmanov vasitəsilə bu xeyirxahlığımın
reallaşdırılmasına nail oldum. Hörmətli Mədət müəllim də bu məsələdə bizə
yardımçı oldu. Bununla əlaqədar burdayam. Deyirlər ki, kitab qaldıqca yox,
əldən ələ keçib oxunduqca xeyir gətirər. Buna görə də kitablarımı məmnuniyyətlə
azadlıqdan məhrum olan insanlara hədiyyə gətirmişəm. Mən kimsəni məhbus
olduğuna görə heç vaxt qınamaram. Həyat təcrübədir. Hamımızın səhvi olur. Elə insanlar da var ki, etdikləri ağır
səhvlərdən dolayı cinayətə cəlb olunurlar. Bu, o demək deyil ki, o insanlar hər
şeydən məhrum olmalıdırlar. Düşünürəm ki, onların düzgün həyata qayıtmalarına
şərait yaratmaq üçün müəyyən köməklik göstərilməlidir. Mən ən azından oxuduğum
kitabları onlara bəxş etməyimlə dünya görüşlərinin müəyyən dərəcə artmalarına,
həyata baxışlarının müsbət yöndə dəyişmələrinə nail olmuşam. Bu təşəbbüsü davam
etdirmək üçün hər kəsə, xüsusilə də, həmkarlarıma müraciət edirəm".
Xalq artistinə bu işdə yardım edən yuxarıda adıçəkilən təşkilatın icraçı direktoru Elçin Salmanov və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov da öz növbələrində Faiq bəyin bu addımını dəstəkləyib, onun hədiyyə kitablarının məhbusların maariflənməsində müəyyən rol oynayacağını qeyd edərək xalq artistinə təşəkkür ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB