Tanınmış qrupun son işi - VİDEO

Azərbaycanın tanınmış rep qrupu Klan A Plan-ın çoxdandır gözlənilən \"Avtobaz\" adlı klipi nəhayət işıq üzü görüb. SİA-ya açıqlama verən qrupun prodüseri Cavid klip haqda ağızdolusu danışıb: \"Avtobaz\" klipinin musiqisi qrupun mərhum üzvü Rydərə məxsusdur. Sözügedən klipin rejissorluğu və qrafika işləri Natiq Zeynalova aiddir. Bu klip Klan A Planın son klipidir. Çünki Klan A Plan qrupu artıq qrup şəklində fəaliyyət göstərməyəcək".

Prodüser qrupun dağılma səbəblərindən də söz açıb: "Ramil və Qurd Klan A Plan adından azad olaraq solo ifa edəcəklər. Onu da deyim ki, sözügedən qrupun digər üzvü Boz qrupun adından yenə də istifadə edəcək. Çünki Boz Klan A Plan qrupunun sayəsində tanınıb",-deyə Cavid fikirlərini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə