Prodüserin sözlərinə görə, Asiyanın ən tanınmış müğənnisi ilə Nazəninin konserti may ayına planlaşdırılır. Prodüser Nazəninin pərəstişkarlarını bir qədər intizar saxlamaq qərarına gəlib və onun yeni duet ortağının adını hələ sirr saxlayır: \"Nazənin xanımın duet ortağının adını hələki açıqlamıram. Ancaq onu deyə bilərəm ki, Asiyanın ən tanınmış müğənnisidir. Nazənin mahnılarını eşidib, çox bəyənib. Hətta bir neçə mahnısının minusunu da ona göndərmişik. Asiaydan olan müğənni repertuarına Nazəinin bir neçə hit mahnılarını daxil edəcək. Bunun üçün bizdən icazə aldı. Nazənin xanım da məmnuniyyətlə mahnılarını həmin sənətçiyə göndərdi. Artıq konsertin vaxtı ilə bağlı danışıqlar aparılır. Konsertin zamanı dəqiqləşəndən sonra Nazənin duet ortağının adını açıqlayacam\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB