Azərbaycanlı prodüser: “Aygün Kazımova sənətə gəldiyim gündən mənə...” - FOTO

Azərbaycanlı prodüser: “Aygün Kazımova sənətə gəldiyim gündən mənə...” - FOTO

Populyar gənc bəstəkar Pərviz Mahmudov "Qrand" Milli Mükafatına layiq görülüb. Musiqiçi keçən ilin ən hit mahnılarının müəllifi kimi mükafatı əlinə alıb. Təəssüratlarını SİA-ya bölüşən Pərvizin sölərinə görə, bu onun yaradıcılığında bəstəkar kimi qazandığı ilk mükafatdır.

"Qrand"ı musiqiçiyə xalq artisti Aygün Kazımovanın təqdim etməsi isə onun üçün daha əlamətdar olub: " Düzünü deyim ki, gördüyüm işlərə görə mükafatı alacağımı gözləyirdim. Yaradıcı insanı olduğu kimi qiymətləndirəndə və zəhmətinə görə dəyərləndirəndə bu daha sevindirici olur. Tədbir zamanı çox həyəcanlıydım və səhnəyə çıxanda heç nə danışa bilmədim. Aygün xanım həm mükafatı mənə verdi, həm də mənim əvəzimdən danışdı. O, məni layiqincə təqdim etdi. Aygün Kazımova sənətə gəldiyim gündən mənə dəstək olub və sənət yolumda onun çox böyük rolu var."


2007-ci ildən bəstəkar kimi fəaliyyət göstərən Pərviz Mahmudov müğənni kimi də bu mükafata layiq görüləcəyinə əmindir. Mükatafın ona stimul verdiyini etiraf edən bəstəkar yaradici fəaliyyətni genişləndirəcəyini də bildirib: "Əslində bu mükafatı almasaydım da işlərimi hər zamankı kimi eyni sürətlə davam etdirəcəkdim. Mən əlim çatan yerlərdə olmağı düzgün hesab etmirəm. Ona görə də artıq Türkiyədə də fəaliyyətə başlamışam. Türkiyədə təqdim edilən mükafatları qazanmağı qarşıma məqsəd qoymuşam. Inanıram ki, orada da uğurlu işlərə imza ata biləcəm. Çox sevinirəm ki, mahnılarım sevilir və hər zaman top-10-larda birinci olur. Bir məsələni də etiraf edim ki, artıq başqa bəstəkarlar da mənim dəsti-xəttimdə mahnılar yazmağa başlayıblar. Çünki bu üsluba ehtiyac var. sevinirəm ki, mənim yolumla gedib çörək qazanırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə