Ümummilli lider Heydər Əliyevin doğum günü və 28 May müstəqillik gününə həsr olunmuş \"Best of the best\" mükafatının təqdimetmə mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, mərasimin təşkilatçısı və rəhbəri rejissor Nail Naiboğlu və "Həftə içi" qəzetidir.
Bu ilk mərasimdə millət vəkilləri, dövlət məmurları, iş adamları, şirkətlər, tele-media nümayəndələri, tanınmış simalar və digər sahələrin nümayəndələri iştirak edəcəklər.
Bu il \"Best of the best\" tam fərqli olacaq. Belə ki, təqdimat gecəsi Mahirə Əsədovanın rəhbəri olduğu \"Mən Azərbaycanlıyam\" filminin nümayişi ilə açılacaq.
\"Best of the best - 2012\" mükafatının təqdimat mərasimi 7 may tarixində saat 19:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında olacaq.
Bu il təqdimatda ötən illərə nisbətən şou - biznes simaları azlıq təşkil edəcək. Burada daha çox Azərbaycanın yüksəlişində xidmətləri olan insanlar və qurumlar mükafatlandırılacaqlar.
Səhnə tərtibatı Türkiyədən gətiriləcək. Mərasimin aparıcıları Samir Bayramlı ilə səhnəmizin parlaq ulduzlarından biri olacaq. Ulduzun adı gələn həftə açıqlanacaq.
Qeyd edək ki, \"Best of the best\" mükafatının təsisçisi \"Həftə içi\" qəzetidir. Layihənin müəllifi Nail Naiboğlu, prodüsseri isə Pərviz Oqtayoğlu olan \"Best of the best\" (Yaxşıların yaxşısı) milli mükafatı ilk dəfə \"Primadonna\" nominasiyası üzrə \"Şöhrət\" ordenli, Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevaya təqdim olunub.
Əvvəllər mükafat ancaq şou-biznes simalarına verilsə də 2009-cu ildən qaydalar dəyişib və yaxşıların yaxşısı bütün sahələrdən seçilir. 30 nominasiya üzrə seçilən qaliblər arasında iş adamları, tibb və təhsil işçiləri, şirkətlər, şou-biznes, xalq və klassik musiqi ifaçıları, bəstəkar, şair, mətbuat və televiziya, millət vəkilləri, nazirliklər, digər dövlət idarələri də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB