Dünən Heydər Əliyev adına Sarayda \"V&V Company\"-nin təsis etdiyi "Qrand" milli-ictimai mükafatının təqdim olunması mərasimi keçirilib. SİA-nın məlumatına görə, gecənin aparıcıları xalq artisti Aygün Kazımova və tanınmış şoumen Murad Dadaşov olub.

Ölkənin ən əsas səhnəsində baş tutan mərasimə təşrif buyuranlar öncə qırmızı xalçadan keçib mükafatın rəhbərləri olan Rusiyada biznes sahəsində fəaliyyət göstərən iş adamları Valeri və Vadim İlişayev qardaşları ilə şəkil çəkdirib və media əhli ilə təəssüratlarını bölüşüblər.

50-yə yaxın nominantın mükafat aldığı tədbirdə tanınmış simalar çoxluq təşkil edib. Onların sırasında Azərbaycanın xalq artisti, Şöhrət Ordenli İlhamə Quliyeva, Alim Qasımov, Mənsum İbrahimov, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Ədalət Şükürov, Abbas Bağırov, Tünzalə Ağayeva, Manana Çaparidze, İlqar Muradov, müğənnilər Vasif Məhərrəmli, Günay İbrahimli, Murad Sadıx, Nura Suri, Zamiq Hüseynov, Elnur Məmmədov, Sevda Yahyayeva, Səfurə Əlizadə, "Eurovision-2011"-in qalibi Eldar Qasımov, ifaçı nənələrdən ibarət "Lənkəranlı nənələr" qrupu, bəstəkar Pərviz Mahmudov, Leyli, Hakan Erol, aparıcılar Nərgiz Cəlilova, Nanə Ağamalıyeva, Afaq, Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Günay Qələndərli, Günel Hümmətova, Kamilə Babayeva, model Züleyxa Akçurina, rəqqasə Fatimə Fətəliyeva, ekstrasens Zirəddin Rzayev, rejissor Aqil M Quliyev, jurnalist Şahin Cavadsoy, aktyor Rəfail İsgəndərov və digər ulduzlar var idi.

Mükafat alan müğənnilər səhnəyə çıxdıqları an öz musiqi parçalarını da səsləndiriblər. Möhtəşəm gecə maraqlı anlarla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə