Flora Kərimova daha bir gənc müğənnini “qanadları altına aldı”

Flora Kərimova daha bir gənc müğənnini “qanadları altına aldı”

Azərbaycanın xalq artisti Flora Kərimova hər zaman gənc müğənnilərə dəstək olub. Sənətkar yenicə Rövşən Çivişovu tamaşaçı və jurnalistlərə təqdim etmişdi ki, indi də gənc müğənni Elvin Abbasovu "qanadları altına aldı". SİA-ya açıqlama verən xalq artistinin sözlərinə görə, o Elvinlə duet oxumağa hazırlaşırlar.


Flora xanım bildirib ki, Elvin keçən il iki klipini təqdim etməsinə baxmayaraq o qədər fəal deyil. İndi isə o duet üçün ciddi hazırlıq işləri ilə məşğuldur.


Bütün xəbərlər Facebook səhifəmizdə