Azərbaycanın əməkdar artisti Firuzə İbadova Azərbaycan musiqisindən söz açıb. SƏSTV-yə açıqlama verən müğənni həmkarlarını birliyə səsləyib: "Azərbaycan musiqisi çox zəngindir və hər zaman bizim musiqini mənimsəmək istəyiblər. Eyni zamanda paxıllığımızı çəkənlər də çoxdur. Bu baxımdan da bir olmalıyıq".
Əməkdar artist qalmaqal edən müğənnilərdən də ağızdolusu danışıb: "Şou-biznesin bir çox nümayəndələri qalmaqal edərək gündəmə gəlirlər. Ancaq mənim fikrimcə, düz etmirlər. Çünki bizə bütün dünya baxır. Ona görə də özümüzə hörmət qoyaraq efirlərdə səviyyəsiz hərəkətlərə yol verməməliyik. Sənətimizlə yaddaşlarda qalmalıyıq. Ancaq mən onlara demək istərdim ki, qalmaqalla yox, sənətinizlə gündəmdə olun. Qalmaqal edən ulduzlarımızla yanaşı böyük ürəyi və çox gözəl potensialı olan müğənnilərimiz də var. Yaxşı mənada istedadlarından istifadə etsinlər", - deyə Firuzə İbadova dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB