Kərim Abbasov: \"Azərbaycan “Eurovision” 2012 mahnı yarışmasına hazırdır\"

Kərim Abbasov: \"Azərbaycan “Eurovision” 2012 mahnı yarışmasına hazırdır\"

Azərbaycanlı müğənni Kərim Abbasov Bakıda keçiriləcək möhtəşəm "Eurovision" 2012 mahnı yarışması haqda danışıb. SƏSTV-yə açıqlama verən müğənni öz fikirlərini bölüşüb: "Mənim fikrimcə, Azərbaycan "Eurovision" 2012 mahnı yarışmasına hazırdır. Çünki sürətlə təmir işləri gedir. Hər millətin işi deyildi ki, 1 ilə saray tiksin. Azərbaycan bu möhtəşəm yarışmanı öz üzərinə götürərək çox böyük iş gördü. Çox məsuliyyətli işdir. Azərbaycan istedadlı və varlı ölkədir. İrəliyə getməyə hər şeyimiz var".

Bütün xəbərlər Facebook səhifəmizdə