Həmkarları onun sənətinə şübhə ilə yanaşdı – FOTOSESSİYA

Həmkarları onun sənətinə şübhə ilə yanaşdı – FOTOSESSİYA

Azərbaycanlı müğənni Yaşar Cəlilov mehriban olması ilə yanaşı eyni zamanda da çox əsəbi müğənnidir. İfaçı müsahibələrində söyləyir ki, "sənətimə şübhə ilə yanaşan həmkarlarıma sübut edəcəm ki, mən Yaşar Cəlilovam". Müğənninin sözlərindən bəlli olur ki, onu incidənlər çoxdur. Ancaq onu da söyləyək ki, dostları tərəfindən sevilən insandır.

Hər zaman şou-biznes əhlinin şəxsi facebook səhifələrində olanlarla maraqlanırıq. Ənənəmizə sadiq qaldıq və bu dəfəki hədəfimiz Yaşar Cəlilov oldu. Cəlilovun səhifəsinə baxış keçirən zaman 1 milyondan çox dostu olduğunun şahidi olduq. Səhifəsindəki şəkillərdən görünür ki, ifaçı dostları ilə şəkil çəkdirməyə meyillidir. Sözügedən görüntüləri sia.az oxuyucularına təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə