Gənc şairi kim incitdi - FOTO

Azərbaycanın tanınmış müğənniləri Roza Zərgərli və Elnur Məmmədov eyni şairin sözlərinə yazılacaq mahnı ifa edəcəklər. Sözügedən mahnı lirik janrda olacaq. Mahnının sözlərinin müəllifi gənc şair Fariz Kərimlidir.

SİA-ya açıqlama verən şair bunları deyib: "Adıçəkilən müğənnilərlə işbirliyimiz payız aylarına təsadüf edəcək. Hazırda bu barədə danışıqlıqlar gedir".

F.Kərimli, onu narahat edən məqamlardan da söz açıb: "Bəzi televiziya kanalları efirə çıxmağım üçün pul tələb edirlər. Ancaq buna baxmayaraq Allah yaxşı insanlardan da razı olsun. Belə ki, yaxın günlərdə "Yeni gün" verilişinin qonağı olacağam", - deyə F.Kərimli bildirib.

Onu da xatırladaq ki, bir müddət bundan öncə 24 yaşlı gənc şairin ilk "Acı taleyim" adlı kitabının təqdimat mərasimi keçirilmişdi. Həmin tədbirdə şou-biznesin tanınmış simaları Farizi təbrik etmək üçün iştirak etmişdilər.

Qeyd edək ki, F.Kərimli anadangəlmə 1-ci qrup əlildir.

Bütün xəbərlər Facebook səhifəmizdə