Azərbaycanlı müğənni Ebru Gündeşlə duet oxuya bilər- FOTOSESSİYA

Azərbaycanlı müğənni Ebru Gündeşlə duet oxuya bilər- FOTOSESSİYA

Azərbaycanlı gənc müğənni Ceylanın yay aylarında Türkiyənin məşhur müğənnisi Ebru Gündeşlə yaradıcılıq görüşü gözlənilir. Görüşü Ebrunun həmkarı Rafet El Roman təşkil edəcək.

Bu barədə SİA-ya müğənni Ceylanın özü məlumat verib.


Ceyla deyib ki, iyun ayında Rafet El Roman Bakıya gələcək: "Bu ilin mart ayında Rafet El Romanla görüşdük və qərara aldıq ki, birlikdə duet oxuyaq. Mən özüm də mahnı mətni və musiqilər yazıram. Hətta onların bəziləri türk dilindədir. Rafet bəylə qərara aldıq ki, mənim yazdığım mahnını duet şəklində oxuyaq. İyun ayında Bakıda növbəti görüşümüz gözlənilir. Rafet mənə dedi ki, sənin səsin Ebru Gündeşin səsinə çox bənzəyir. Və söz verdi ki, bizim görüşümüzü təşkil etsin".


Qeyd edək ki, Ceyla sentyabr ayında yeni klipini və albomunu təqdim etməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə