Azərbaycanlı müğənni yaxtada klip çəkdirəcək –FOTOSESSİYA

Azərbaycanlı müğənni yaxtada klip çəkdirəcək –FOTOSESSİYA

Azərbaycanın gənc ifaçısı Kəmalə Qaramollayeva hazırda növbəti klipinin çəkilişlərinə başı qarışıb. Həmçinin xanım Qaramollayeva yeni fotosessiyalar çəkdirir. Əldə etdiyimiz şəkillərdən bəlli olur ki, müğənni sadə görünməyə üstünlük verib.

SİA-ya açıqlama verən Kəmalə bunları deyib: "Bəzən fotosessiya edənlər elə düşünürlər ki, insan mütləq qeyri - adi görünüşdə olmalı və özünü haldan-hala salmalıdır. Əslində buna etirazım yoxdur. Lakin bunu şərt də hesab etmirəm. Şəxsən mən bu dəfəki çəkimlərdə olduğum kimi görsənməyə çalışdım. Əlbəttə müəyyən dəyişikliklər var. Ancaq bəzilərindən fərqli olaraq emo qızlar kimi gözlərimi qaraldaraq saçlarımda da sanki \"fen partlayıb\" obrazını yaratmamışam. Yeni "Vay aman" mahnısına uyğun olaraq şıltaq qız obrazındayam. Ancaq belə görünüşüm xasiyyətimə ziddir".

"Vay aman" klipindən söz açan sənətçi yaxın günlərdə kamera qarşısına keçəcəyini bildirib: \"Ssenarisi bəlli olan klipdə mahnının müəllifi, həmkarım Rəhim Rəhimli də yaxından iştirak edəcək. Mənə dəstək olaraq ekran işinin hazırlanmasında bəzi ideyalar verəcək. Rəhimin klipdə çəkilib-çəkilməyəcəyi hələ ki, bəlli deyil",-deyə müğənni fikirlərini tamamalayıb.

Qeyd edək ki, Kəmalə Qaramollayevanın növbəti klipinin çəkilişlərinin yaxtada reallaşacağı planlaşdırılır. Lakin bu fərqli və Azərbaycanda rast gəlinməmiş yaxta olmalıdır. Bu səbəbdən də klipin xaricdə, komfortlu və arzuolunan geniş yaxtanın ola biləcəyi bir ölkədə çəkilməsi düşünülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə