Azərbaycanın tanınmış meyxanaçısı Üzeyir Mehdizadə haqda mənfi və müsbət fikirlər səsləndirilir. Tənqidlərə baxmayaraq sözügedən meyxanaçı tez bir zamanda populyarlıq qazana bilib. Tez-tez verilişlərə dəvət alan Üzeyir onunla birgə qonaq qismində əyləşən məşhurlar tərəfindən, eyni zamanda zalda əyləşən kütlə tərəfindən də tənqid olunur. Ancaq Üzeyir Mehdizadə onu sevən tamaşaçıları üçün yenə də meyxana deyir. Meyxanaçı xarici ölkələrdə yaşayan azərbaycanlıların toylarına dəvət alaraq öz meyxanalarını orda da tanıdır. Şou-biznes nümayəndələrinin əksəriyyəti: "Heydər Əliyev sarayını Röya Ayxandan və Üzeyirdən başqa dolduran müğənni yoxdur", - deyə fikirləşirlər.
Ü. Mehdizadənin şəxsi facebook səhifəsinə daxil olmaq istədik. Ancaq axtarış zamanı meyxanaçının adına açılmış bir çox səhifələr ortaya çıxdı. Məlum oldu ki, bunlar tənqid olunan meyxanaçının fanatları tərəfindən açılıb. Sözügedən səhifələrdəki şəkilləri sia.az oxuyucularına təqdim edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB