Bu gün xalq artistinin doğum günüdür - FOTOSESSİYA

Bu gün xalq artistinin doğum günüdür - FOTOSESSİYA

Bu gün Azərbaycanın xalq artisti Məleykə Əsədovanın doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, Məleykə Əlifağa qızı Əsədova 1966-cı il aprel ayının 23-də Neftçala rayonunda dünyaya gəlib.

Məleykə xanım 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 1989-cu ildə isə Dövlət Gənclər Teatrının truppasına daxil olub.

Daha sonra Azərbaycan Dövlət Televiziyasında hazırlanmış teletamaşalarda M.Əsədova müxtəlif obrazlar, o cümlədən Jalə (\"Yad qızı\", Orxan Kamal), Əfsanə (\"İtkin gəlin\" Əlibala Hacızadə), Cavidan (\"Dodaqdan qəlbə\", Rəşad Nuri Güntəkin), Sara (\"Apardı sellər Saranı\", Kəmalə Ağayeva), Xurşidbanu Natəvan (\"Güllələnmiş heykəllər\", Hüseynbala Mirələmov) və s. yaradıb.

Məleykə Əlifağa qızı Əsədova 1998-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2000-ci ildə xalq artisti fəxri adı ilə təltif olunub. Prezident mükafatçısıdır.

Qeyd edək ki, xalq artisti eyni zamanda müğənnilik fəaliyyəti ilə də məşğuldur. İllər öncə həyat yoldaşından boşanan ifaçı xanımın bir qız övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə