Azərbaycanlı klipmeykerin 60 min manatlıq işi - FOTO

Azərbaycanlı klipmeykerin 60 min manatlıq işi - FOTO

Azərbaycanın qalmaqalsız klipmeykeri hesab olunan Nail Naiboğlu şou-biznes əhlindən söz açıb. Nail bu vaxtadək heç kimlə mübahisə etmədiyini bildirib. SİA-ya açıqlama verən klipmeyker hörmət etdiyi insanlardan danışıb: "Bu zamanadək nə müğənnilərlə, nə də həmkarlarımla qalmaqalım olmayıb. Çünki hər kəsə hörmət edirəm və hər kəslə də ünsiyyətim normaldır. Eyni zamanda elə şərait yaratmamışam ki, kimsə mənə hörmət etməsin. Çünki hörmət hörmətə bağlıdır. Ümumiyyətlə, kimliyindən asılı olmayaraq kimsə mənə hörmət etmirsə, demək, o insan mənim üçün yoxdur".

Nail Naiboğlu xarici ölkələrdə klip çəkdirən ifaçılara da öz münasibətini bildirib: "Azərbaycanda deyil, xarici ölkələrdə klip çəkdirən müğənnilərimizə normal baxıram. Hansısa ifaçı xarici ölkədə klip çəkdirirsə, bu onun şəxsi işidir. Kimsə ona qarışa bilməz".

Azərbaycanlı klipmeyker baha qiymətə çəkdiyi klipindən ağızdolusu danışıb: "Bahalı kliplərim çoxdur. Bu yaxınlarda tanınmış müğənni Abbas Bağırovun "Aləm gözəl" mahnısına çəkdiyim klipin dəyəri yüksəkdir. Ümumiyyətlə, bu günədək mənim üçün ən bahalı klip Ruhi xanım üçün Hindistanda çəkdiyim klip olub. Dəyəri isə 60 min manata yaxın olub. Onu da deyim ki, hədiyyə etdiyim kliplərim də çoxdur. İlhamə Quliyevaya və Elnur Məmmədova klip hədiyyə etmişəm. Çünki bizim də onlara işimiz düşəndə pulsuz məclislərimizdə ifa edirlər",- deyə Nail əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə