Məşhur prodüserin əməliyyat keçirməsinin əsl səbəbi məlum oldu - EKSKLÜZİV-FOTO

Məşhur prodüserin əməliyyat keçirməsinin əsl səbəbi məlum oldu - EKSKLÜZİV-FOTO

Son zamanlar Azərbaycanın tanınmış prodüseri Təranə Səmədovanın səhhəti ilə bağlı bir çox xəbərlər dolaşır. Yerli saytlar müxtəlif arqument gətirib Təranənin sağlamlığına ciddi ziyan dəydini yazır.


Prodüserin adı hətta cinayət məsələsində də hallanır. Jurnalistlər onun bir neçə vaxt öncə bıçaqlandığı zaman ciddi xəsarət aldığını və elə bu üzdən əməliyyat keçirdiyini iddia edir.

Ancaq məclislərin birində qarşımıza çıxan Təranədən məsələnin kökünü öyrənmək istədik. Prodüserin SİA-ya verdiyi açıqlamasında bir çox məsələlər aydın oldu.


Belə ki, son zamanlar sürətlə arıqlayan Təranənin əməliyyat keçirməsi düzdür. Ancaq onun cərrahiyə masasına çıxmasına səbəb bıçaqlanması nəticəsində aldığı xəsarət deyil, qadınlıq orqanlarında yaranan problem idi.


Əməliyyatdan sonra problem aradan qaldırılıb. İndi Təranə özünü yaxşı hiss edir. Prodüser hətta çalışdığı müğənni Günay İbrahimli ilə də işini davam etdirib məclislərə gedir.


Foto müəllifə məxsusdur


Bütün xəbərlər Facebook səhifəmizdə