Şou-biznes əhli iki yaşını qeyd edən verilişin ad günündə nələr etdi - FOTOSESSİYA

Şou-biznes əhli iki yaşını qeyd edən verilişin ad günündə nələr etdi - FOTOSESSİYA

Dünən paytaxt saraylarının birində \"İncilər\" media qrupun istehsalı olan və Xəzər TV-də yayımlanan "İncilər" verilişi iki yaşını təntənəli şəkildə qeyd etdi. SİA-nın məlumatına görə, iki ildir dayanmadan çalışan verilişin kollekivi əsl vur-çatlasın etdi.


Mərasimi idarə edənlər isə elə \"İncilər\"in öz əməkdaşları- Həsənova Aynurə və Nana Hüseynova oldular. Səmimi və mehriban kollektiv doğum günündə də çalışırdılar. Onlar mərasimə təşrif buyuran hər kəsdən müsahibə alıb, çəkiliş aparırdılar.


Şou-biznesin ən tanınmış nümayəndələrinin təşrif buyurduğu mərasimdə hər kəs "İncilər"i özünəməxsus şəkildə təbrik etdi. Qonaqlar sırasında olan xalq artistləri Flora Kərimova, Səməd Səmədov, əməkdar artist Baloğlan Əşrəfov, müğənnilər Samir Piriyev, Nazənin, Vasif Məhərrəmli, Zeynəb Dostəliyeva, Bəyimxanım Vəliyeva, Namiq Qaraçuxurlu, İzzət Bağırov, Günay İbrahimli, Yaşar Yusifov, Roza Zərgərli, Elvin Abdullayev, Xəyalə Manaflı, Ayaz Qasımov, Mirkamil Kamilov, Kəmalə Qaramollayeva, Eldəniz Məmmədov, aparıcı İlahə Nizamıqızı, rejissor Nail Naioboğlu, DJ Çina, skripkaçı Səlim və digər məşhurlar ürəkdən çıxış edərək gecəni bir az da rəngarəng etdilər.


Gecədə həmçinin müxtəlif Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri də var idi. "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Səs İnformasiya Agentliyinin (SİA) icraçı direktoru Vəli Vəliyev, ATV kanalının xəbərlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu və onun həyat yoldaşı, aparıcı Samirə Mustafayeva, İTV-nin aparıcısı Saleh Bağırov, \"İdman Azərbaycan\" kanalının aparıcı Rəşad Kəsəmənli və digər telekanalların da əməkdaşları da öz ürək sözlərini həmkarlarına çatdırdılar.


Mərasim sonunda məlum oldu ki, gecədə tək verilişin doğum günü deyil, həmçinin "İncilər"in rejissoru və baş redaktoru Aynurə Həsənovanın da ad günüdür. Kollektiv biri-birini təbrik edərək tortlarını da kəsdilər.


Bu da İncilər media qroupun kolektivi:

1. İsgəndərova Aynur- icraçı direktor

2. Paşayeva Şəfəq- kommersiya direktoru

3. Həsənova Aynurə- Rejissor və baş redaktor

4. Qurbanova Gülzar- Aparıcı və redaktor (İkinci sənət verilişi)

5. Nana Hüseynova- aparıcı

6. Məmmədova Fəridə- müxbir

7. Qurbanova Günel- müxbir

8. Şirinova Çinarə- menecer

9. Məhərrəmova Nigar- prodüser

10. Hacızadə Tariel- operator

11. İsmayılov Ruzi- operator

12. Qədirov Cavid- operator

13. Hacıyev Cavid- montajçı

14. Nəsirov Fuad- menecer

15. Hacıyev Ramin-montajçı və rejissor

16. Hacıyeva Zülfiyyə- montajçı

17. Həşimov Elnar- qrafist


Biz də səbəbkarları ürəkdən təbrik edirik. Sizə isə mərasimdə baş verən ən maraqlı anların şəkillərini təqdim edirik.


Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə