Öz şəkillərinə heyran olan müğənninin “Günah”ı-FOTOSESSİYA

Öz şəkillərinə heyran olan müğənninin “Günah”ı-FOTOSESSİYA

Gənc müğənni Şölə Səfərəliyeva yenicə çəkdirdiyi şəkillərinə heyran olub. SİA-ya açıqlama verən Şölənin sözlərinə görə, o, fotoqraf dostu olan Səməd İsmayılzadənin ərsəyə gətirdiyi şəkillərə baxmaqdan doymaq bilmir.


Açıqlaması zamanı o da məlum oldu ki, müğənni söz və musiqisi V.Hikmətə aid olan "Xəbəri yox" mahnısına klip də çəkdirir.


Klipin rejissoru E.Axundovun qurduğu süjetə əsasən, final hamı üçün suallarla dolu qalmalıdır. Klipdə müğənninin tərəf müqabili aktyor Elxan Rzanın olduğu xəbər verilsə də son anda aktyorun gərgin iş qrafiki buna imkan verməyib.


Şölənin "Günah" serialının baş qəhrəmanı Tural Əhmədlə çəkiləcəyi dəqiqləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə