Şou-biznesin məşhur kişiləri əsgərliyə hazırlaşır? - FOTOSESSİYA-VİDEO

Şou-biznesin məşhur kişiləri əsgərliyə hazırlaşır? - FOTOSESSİYA-VİDEO

Azərbaycan Bayrağı ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynovdan bəhs edən klip çəkilib. SİA-nın məlumatına görə, döyüşçü haqqında hazırlanan layihədə bir çox məşhurlar bir araya gəliblər. Əməkdar artistlər İlqar Muradov, Ədalət Şükürov, meyxanaçı Namiq Qaraçuxurlu, müğənnilər Elnur, eks NEXT qrupunun solisti Seyran milli qəhrəman haqqında olan mahnını ifa ediblər.


"Fəxr elə" adlı mahnının musiqisi İmruzə Hüseynovaya, sözləri isə Gülşən Behbuda aiddir. Mahnı səbəbkarın illər öncə keçidiyi qəhrəmanlıq dərsindən bəhs edir.


Qeyd edək ki, İbad Hüseynov Azərbaycan hərbiçisi, Qarabağ müharibəsi iştirakçısı, \"Azərbaycan Bayrağı\" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri, Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır. O, 1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu "Avo" ləqəbli Monte Melkonyanı Ağdamda öldürməsi ilə məşhurdur. 26 dekabr 1993-cü ildə İbad Hüseynov minaya düşərək ağır yaralanıb. 28 gün komada qalan qəhrəman uzun müddət müalicə aldıqdan sonra yenidən cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdıb. Qəhrəmanın haqqında 2010-cu ildə \"Əsgər\" sənədli filmi çəkilib. Bu ilin fevral ayında isə qəhrəmanın uşaqlıq və gənclik illərindən, döyüş həyatından, keçirdiyi uğurlu əməliyyatlardan bəhs edən \"Xüsusi təyinatlı\" adlı kitab yazılıb.



Bütün xəbərlər Facebook səhifəmizdə