Firuzə İbadovanın xanımlardan ibarət ailəsi – FOTOSESSİYA

Firuzə İbadovanın xanımlardan ibarət ailəsi – FOTOSESSİYA

Azərbaycanın əməkdar artisti, müğənni Firuzə İbadova gözəl səs tembirinə və böyük mədəniyyətə sahib sənətçidir. Həmkarları arasında öz xanım-xatunluğu ilə seçilən müğənni ailəsində olan xanımlara da öz xüsusiyyətlərindən verməyə çalışır.

Hələ gənc yaşlarında həyat yoldaşını itirən Firuzə xanımın qızı Hülya da ərindən boşanıb və onun da bir qızı var. Bu gün sənətçi qızı və nəvəsi ilə birgə yaşayır. Bütün sevgisini iki xanıma həsr edən əməkdar artist yaşadığı çətinliklərə baxmayaraq ayaqüstə dayanmağı bacarır. İllər öncə həyat yoldaşını itirərək övladlarını tək başına böyütməyə məhkum olan əməkdar artist bu gününə min dəfə şükür edir. Sənətçi ailəsi ilə birgə gözəl və firavan həyat sürür.

F.İbadova 3 yaşlı nəvəsi Hökümənin onun həyat eşqi olduğunu dilə gətirib. Qızcığaz şıltaqlığı və şirinliyi ilə tək nənəsinin deyil, bütün ətrafdakı insanların "saqqızını oğurlaya bilir". Elə Hökümənin anası da olduqca gülərüz və mehriban xanımdır.

Səs İnformasiya Agentliyinin redaksiyasına təşrif buyuran simaları siz də izləyin!

Foto: Türkan Məmmədli

Bütün xəbərlər Facebook səhifəmizdə