Elçin Cəfərovun “Arxiv”-i açıldı-FOTOSESSİYA

Elçin Cəfərovun “Arxiv”-i açıldı-FOTOSESSİYA

Məşhur və istedadlı müğənni, həm də bəstəkar Elçin Cəfərov fanatlarını bir araya yığdı. SİA-nın məlumatına görə, müğənni ATV telekanalında yayımlanan "Arxiv" verilişinin qonağı olan zaman saysız-hesabsız fanatları ilə də görüşmüş oldu.


SİA-nın məlumatına görə, verilişin aparıcı Rüfət Ağayev Elçinin sənətə gəldiyi gündən bu günədək yığılan arxivini açıb-tökdü.


Verilişdə iştirak edən müğənni fanatlardan bir çox hədiyyələr də aldı.


"Arxiv"in ən maraqlı anlarını izləmək istəyirsinizsə, bu şənbə saat 17:00-da ATV telekanalını izləyin!

Bütün xəbərlər Facebook səhifəmizdə