Yenidən sənətə dönən müğənni: “Heç bir sənətçi yerimi tuta bilmədi”-AÇIQLAMA-FOTO
Şou-biznes qapılarını hamının üzünə açıb – burada səsi olub oxuyanlar da var, səsi olmayıb oxuyanlar da. Bəzən ikincilərin gəlişi elə möhtəşəm olur ki, tamaşaçı onu elə səssizliyi ilə də qəbul edir. Vaxtilə şou-biznesin tanınmış simalarından olan, sonra birdən-birə səhnədən getmək qərarını verən gənc müğənni Aysel Əlizadəni tamaşaçısı səsi və eyni zamanda səhnəyə olan yaraşığı ilə tanıdı. Amma o, biznes xanımı olmağa qərar verib neçə ilini bu sahəyə xərclədi. Ancaq həftələrdir yerli kanallarda köhnə klipləri yayımlanan, tamaşaçısına yeni mahnılar ərməğan edən müğənni deyəsən, peşimanlığını anlayıb və sənətə qayıdıb.
SİA-ya açıqlama verən A.Əlizadə bunları danışdı:
"Biznes xanımı olmaq istədim. Oldum da. Amma anladım ki, sənətə olan mənəvi ehtiyacımı, pul-para, heç nə əvəz edə bilməz. Günü-gündən içimdə darıxdığımı və sənətə qayıtmaq istədiyimi anladım. Qayıtdım. Amma bu qayıdış kənardan şou mühitini izlədiyim və nəhayət daxilində olduğum şou-biznesi əvvəlki kimi görə bilmədim. Çox şeylər dəyişib, primitivlik də artıb, peşəkarlıq da. Bunu müəyyən sferalara aid etmək olar".
Aysel Əlizadə çətinliklərin də çox olduğunu etiraf edir. Onun fikrincə, tamaşaçının zövqü dəyişib. Artıq əvvəlki təqdimatlar əvvəlki qədər rahat həzm olunmur. Sənətçiyə daha dərin düşünmək, özünü göstərə bilmək tələb olunur.
"Şou nə qədər parlaqlığı ilə göz qamaşdırsa da sənətçi üçün vacib olan səsdir. Səsi də göstərməkdən əvvəl onu püxtələşdirməlisən. Mən Bülbül adına orta ixtisas musiqi məktəbində aldığım musiqi təhsilini Azərbaycan Milli Konservatoriyasında davam etdirdim. Bir şeyə sevinirəm ki, sənətdə olmadığım illərdə qazancımın biri ali təhsilim oldu. Bu gün müğənni konsertdən, klipdən əvvəl özünü mahnısı ilə təsdiqləməli, gündəmə gətirməlidir. Mahnısı yaxşı olmayanın konsertinə gələn, klipinə baxan çox olmaz. Mənim əsas hədəfim budur. Ona görə də, özümə sanballı repertuar qururam. Klipim, diskim, konsertim mütləq olacaq. Amma yenidən qayıdış edən biri olaraq özümü dəyişən publikaya təsdiqləməliyəm. Hələ ki ilkin mərhələdə bunu bacarmışam" - deyən Aysel bir çox sənətçinin dilə gətirmədiyi bir məsələyə toxundu.
O, deyir ki, çoxu içində sənət paxıllığı olmadığını deyir. Amma Aysel bunun olmağını vacib sayır:
"Söhbət, mərdimazarlıqdan, pislikdən getmir. Yaxşı mənada paxıllıq olmalıdır. Əgər mən öz yaşıdlarımın çıxışına, təqdimatına baxıb içimdə bir paxıllıq keçirməsəm ki, niyə mən kimlərdənsə geri qalıram, onda rəqabət də olmayacaq. Mən paxıllığımla kiməsə pislik etmirəm. Sadəcə, özümü hər tərəfli hazırlayıram".
Ayseldən sənətdə olmadığı illərdə hansısa sənətçi ilə dostluq etdiyini, yaxud da onun gedişi ilə maraqlanan olub-olmadığını öyrəndik.
"Yox, maraqlanan olmadı. Çünki heç kimlə dostluq etməmişəm. Fikrimcə, bu, ən yaxşı seçimdir. İstəməmişəm ki, kimisə iç dünyama yaxın buraxım. Dostluq yarananda, mütləq sirləri bölüşməliyik. Ona görə də, hamı ilə hörmətimi salam-sağol səviyyəsində saxlamışam" - deyən ifaçı sənətdə gedəndə onun yerinin heç bir sənətçinin tutmadığını açıqladı:
"Tamaşaçım məni unutmadı. Səhnədə olmayanda mənimlə maraqlandılar. Suallar oldu getməyim barədə. Bəlkədə, qayıtmağım da, onların da rolu az olmadı. Bir də içimdə oxumaq, peşəkar səviyyədə ifa göstərmək bacarığı var. Onu boğmaq yox, paylaşmaq istədim. Tezliklə maraqlı və fərqli sənət işlərimi göstərəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB