Azərbaycanlı müğənni: “Fonoqramla oxumağın axırı yoxdur” - MÜNASİBƏT

Azərbaycanlı müğənni: “Fonoqramla oxumağın axırı yoxdur” - MÜNASİBƏT

Azərbaycan estradasının tanınmış müğənnisi Elariz Məmmədoğlu fonoqrama ifa edən müğənnilərdən söz açıb. İfaçı hətta onlara sənətdən getməyi də məsləhət görüb: "Səsi olmayan müğənniləri qınamıram. Çünki onların səsi olmasa da ürəklərində müğənni olmağı arzulayırlar. Ancaq ifaçı bilməlidir ki, onun qabiliyyəti, səsi, bir sözlə müğənniyə lazım olan keyfiyyətləri yoxdursa, başqa işlə məşğul olmalıdır. Fonoqramla oxumağın axırı yoxdur. Elə məclislər var ki, orada canlı ifa etməli, peşəkar olduğunu göstərməlisən".

Müğənni canlı ifa etməkdən də çəkinmədiyini dilə gətirib: "Önəmli məclislərin birində 5-6 saat canlı-canlı oxumuşam. Ancaq 20 nəfərlik tədbirdə mikrofonsuz oxuyaraq məclis əhlini feyziyab eləmişəm", - deyə Elariz Məmmədoğlu əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə