Bu gün yaradıcılığında daim yeniliklər etməyi sevən məşhur müğənni Roza Zərgərli media əhlini başına toplayıb "Eşqimin köləsi" adlı mahnısına çəkilmiş klipini təqdim edib. SİA-nın məlumatına görə, sözləri Vahid Əzizə, musiqisi Kübra Məhərrəmovaya məxsus mahnıya çəkilən klipin rejissoru Abbas Quliyevdir.
Klipin süjet xətti abstrakt təxəyyüldən bəhs edir. Müğənni də jurnalistlərə açıqlamasında bunu təsdiqlədi. Məlum oldu ki, sən demə, Roza bu klipini məhz yuxularında görüb: "Klipdən də göründüyü kimi sanki bir yuxudur. Bəli, mən bu klipi məhz belə təsəvvür edirdim. Çünki yuxumda elə belə görmüşdüm. Olduqca rahat bir sujet xəttidir. Bəlkə də bu klip deyil, video çarxdır. Bu video çarx isə mənə komandam tərəfindən hədiyyə olunub. Başda rejissor Abbas Quliyev olmaqla hər kəsə təşəkkürümü bildirirəm".
Müğənninin media ilə görüşü zamanı daha bir məqam da bəlli oldu. Belə ki, sözügedən "Eşqimin köləsi" mahnısı hələ illər öncə ifa olunmuşdur: "Mahnıya sahibləndiyim tam 10 il olar. O zamanlar buna klip də çəkilmişdi. Amma indi mahnıya ikinci nəfəs verdim. Fikrimcə, uğurlu alınıb. Ümumiyyətlə, bu mahnı mənim repertuarımda önəmli yer tutur\",-deyə Roza bildirib.
Konfrans zamanı maraqlı məqamladan biri də müğənninin maddi durumu ilə bağlı verdiyi açıqlamalar oldu. Toy və şou-proqramlara getməyən ifaçı heç bir yayımı üçün pul xərcləmədiyini açıqladı: "Kral TV belə klipimi pulsuz yayımlandı. Azərbaycanda da heç bir kanala pul ödəmirəm. Mənim xərcim ancaq özümə, yani geyimimə, xarici görünüşümə və yanımda çalışan insanlara çıxır. Ətrafımda pula görə olan insanları isə çox gözəl tanıyıram. Mənim üçün ən əsası dostluqdur. Önəmlisi bu Rozanı sevməkdir. Onu sevənlər elə həmişə yanımdadırlar".
Onu da qeyd edək ki, HD formatlı və kompüter qrafikası ilə zəngin olan klipin çəkilişləri yanvar ayında tamamlanıb. Klipinin təqdimatı müğənninin 27 mart tarixində olan ad günündə təqdim olunalı idi. Ancaq ifaçının səfəri ilə bağlı təqdimat gecikməli oldu.
Mətbuat konfransının sonunda isə müğənninin fanatları ona hədiyyə də etdilər. Rozanı sevənlər onun üçün video çarx hazırlamışdılar. Videoda i ən sadiq fanatların müğənni ilə birgə şəkilləri var idi.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB