Şou-biznes əhlinin başına nə gəldi?- SORĞU

Şou-biznes əhlinin başına nə gəldi?- SORĞU

Yəqin hər kəsin başına maraqlı və yadda qalan hadisələr gəlib. Adi insanlardan fərqlənən şou-biznes əhlinin toylarda, tədbirlərdə, çəkilişlərdə başlarına gələn əhvalatlar tamaşaçılar üçün maraqlı olub. Çünki müğənnilərin başına gələn gülməli və kədərli hadisələr onları sevən kütlə tərəfindən maraqlı qarşılanıb və dinlənilib. Biz də tamaşaçıların istəyini nəzərə alaraq azəri ulduzlarına "Başınıza gələn və unuda bilməyəcəyiniz hadisə nə olub?" sualı ilə şou-biznes əhli arasında sorğu keçirdik. Sözügedən sorğunu sia.az oxucularına təqdim edirik.

Səidə Sultan: " Həmkarım Natavan Həbibi ilə Moskvaya, cuhudların toyuna getmişdik. Toy mərasimi bitdikdən sonra vətənə qayıtmalı idik. Aeroporta gəldik və qeydiyyatdan keçdik. Təyyarənin uçmağını gözləyirdik. Birdən hər tərəfimizə baxdıq ki, ermənilərdir. Çox qorxdum və ağladım. Elə bildim ki, azərbaycanlı olduğumuz üçün ermənilər təxribat hazırlayıblar. Natavan mənim ağlamağımı görəndə başladı qışqırmağa ki, burada azərbaycanlı yoxdur? Kənarda əyləşən yaşlı dayıdan səs gəldi ki, mən də azəriyəm. Daha sonra anladıq ki, ermənilərlə azərbaycanlıların uçuş vaxtı bir imiş".

Samir Əliyev: "1 aprel günü aldandığım gün yadımdan çıxmaz. Həmin gün gecə saat 4-də rəfiqəm tərəfindən zəng gəldi ki, "xarici ölkəyə gedirəm. Gəl mənim saçımı düzəlt". Birinci qəbul etməsəm də ancaq daha sonra getdim. Gəlib evlərinə çatanda söylədi ki, 1 aprel aldatma günüdür. O gün mənim yadımdan heç vaxt çıxmayacaq".

Elariz Məmmədoğlu: "Toylara tez-tez getdiyimdən maraqlı əhvalatlar ən çox orda baş verir. Toy mərasiminin birində ritmik mahnı ifa edirdim. Demək olar ki, məclisə gələnlərin 90 % rəqs edirdi. Musiqi ifa edən zaman bəyin atası yaxınlaşıb xahiş etdi ki, mahnını dayandır. Təbii haldır ki, oxuyan zaman musiqiçiləri saxlamaq çətin olur. Bəyin atasının xahişini nəzərə alaraq musiqini yavaş-yavaş dayandırdım. Ağsaqqal mikrafonu əlinə alıb söylədi ki, "ay camaat, bahalı menyu sifariş eləmişəm ki, yaxşı yeyib-içəsiniz. Ancaq siz Elarizi oxudub oynayırsız. Xahiş edirəm, bir az yemək yedikdən sonra oynayasınız".

Manaf Ağayev: "Toyların birinə dəvət almışdım. Bəylə gəlin şadlıq evində girəndə ikisini də güllələdilər. Güllələnməklərinə səbəb isə gəlini ailəsi tərəfindən məcbur başqa oğlana ərə verirdilər. Qızın əvvəlki istədiyi də şadlıq evinin qarşısında dayanıb onların gəlməklərini gözləyirdi. Bəylə gəlin şadlıq evinə girən zaman ikisini də öldürdü. Bu kədərli hadisə heç vaxt yadımdan çıxmaz".

Firuzə İbadova: "İllər öncə aktrisa Amalya Pənahovayla, aktyor Lütfəli İmanovla Cıdır düzünə getmişdik. Birdən dolu yağmağa başladı. Hər kəs avtobusa mindi. Ancaq mən, Amalya xanım və Lütfəli İmanov yağışın altında qaldıq. Ulu öndərimiz Heydər Əliyev avtobusun içərisinə baxıb ki, biz orda yoxuq. Dərhal arxamızca maşın göndərdi və bizi yağışdan qurtardı. Sözügedən hadisə heç vaxt yadımdan çıxmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə