22 aprel tarixində paytaxt restoranlarının birində tanınmış reper Miri Yusif növbəti solo konsertini keçirməyi planlaşdırır. Reperin yaxın ətrafından SİA-ya daxil olan məlumata görə, konsertdə bir çox məşhurların iştirakı gözlənilir.
"Nirvana" adlı konsertdə reper öz repertuarındakı mahnıları səsləndirməklə yanaşı bir neçə həmkarı ilə də duet ifa edəcək. Miri Yusiflə eyni səhnəni bölüşən isə məşhur rep qrupları "Dəyirman" və "HOST" olacaq.
Onu da vurğulayaq ki, yayılan digər məlumata əsasən, konsertdə Miri Yusiflə birgə "Eurovision-2011" yarışmasının qaliblərindən biri olan Nigar Camalın da çıxışı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB