Fermer və aşpaz ulduzlar-FOTOSESSİYA

Fermer və aşpaz ulduzlar-FOTOSESSİYA

Müğənni Roza Zərgərli və "Xalq ulduzu 5" ikincisi Xəlil Qaraçöp "Zəhmətkeş ulduzlar" verilişinin iştirakçısı olublar. Qeyd edək ki, bu veriliş Azərbaycanda yox, Moskvanın Tver əyalətində lentə alınıb.


SİA-nın məlumatına görə, veriliş ərzində onlar fermer və aşpaz rolunda öz məharətlərini göstəriblər. Yerli əhali ilə çox sıx kontakta olan müğənnilər onlarla hətta məşhur rus rəqsi olan "Yabloçko"-nu da oynayıblar.


Moskvada məşhurlarımız hətta "Lenin" və "İvan Qroznu" ilə şəkil çəkdirdilər. Amma sən demə, bizim bu Lenin gürcü azərbaycanlısı imiş.


Sürprizlərlə dopdolu veriliş 15 aprel tarixində Space telekanalında yayımlanacaq. Verilişin aparıcısı səhnəmizin "Keyxanımı", aktrisa Ülviyyə Əliyevadır. Baş rejissor – Xamis Xanlaroğlu, quruluşçu rejissor Siyavuş Hüseynli, prodüser Nurlan Əliyevdir.


"Zəhmətkeş ulduzlar"ın məharətini siz də izləyin.


Bütün xəbərlər Facebook səhifəmizdə